Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Xüsusi təyinatlı zabitin intiharının TƏFƏRRÜATI - VİDEO

Tarix: 07-05-2021 09:08     Baxış: 3181 A- / A+
Xüsusi təyinatlı zabitin intiharının TƏFƏRRÜATI - VİDEO


Vətən müharibəsi iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu mayın 4-də intihar edib.


Manevr.az
"Xəzər" Tv-yə istinadla xəbər verir ki, hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb.

Qeyd edək ki, Rüfət Nəbizadə Vətən müharibəsində iştirak edib. Döyüşərək Şuşaya kimi gedən qəhrəmanımız evlərinə qayıdanda normal vəziyyətdə olub. Bir neçə gündən sonra isə onun səhhətində ciddi psixoloji problemlər ortaya çıxıb.

Bir həftə Maştağadakı ruhi-əsəb dispanserində, 1 aydan çox hərbi hospitalda, daha sonra isə özəl klinikalarda müalicə alan Rüfətə kəskin psixoz və bipolyar pozğunluq diaqnozları qoyulub.

Valideynləri deyir ki, Rüfət müharibə zamanı yaşadıqlarını, itirdiyi dostlarını unuda bilməyib. Ancaq onlardan danışır, özünə ölüm arzulayırmış.

Rüfət sonuncu dəfə mayın 4-ü dostları ilə görüşmək adıyla Abşeron rayonu, Məmmədli kəndində yaşadıqları evdən çıxaraq Novxanıya gedib və orada intihar edib.

Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində xidmət keçən leytenantımız evin tək oğlu olub. Prezidentin sərəncamı ilə Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə, həmçinin, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunan zabitimiz Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbirsanlığında torpağa tapşırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar