Xəbər lenti
Azərbaycanda universitet müəllimi COVID-19-dan öldü

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov vəfat edib.
Manevr.az xəbər verir ki, koronavirusa yoluxan B.Qasımov 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, B.Qasımov 1951-ci ildə Ağdamda anadan olub. 1969-cu ildə Bakı şəhərinin 174 saylı orta məktəbini bitirərək həmin ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olub. 1972-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə keçib. Həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
1980-ci ildə BDU-da kiçik elmi işçi vəzifəsində işə başlayıb. 1984-cü ildən böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildə BDU-dan Təhsil Nazirliyində Elm İdarəsinin rəis müavini və Analiz və Proqnoz şöbəsinin rəisi vəzifələrində də çalışıb.
2016-cı ildən isə Bakı Mühəndislik Universitetində adıçəkilən kafedranın müdiri kimi işləyib.
Allah rəhmət eləsin!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar