Xəbər lenti
Lənkəranda qar bir neçə evin damını uçurdu - VİDEO

Güclü qar сənub bölgəsində bir neçə ailəni evsiz qoyub.
Xezerxeber.az xəbər verir ki, rayonun Balıqçılar qəsəbəsində Fəridə Bədəlovaya məxsus 4 otaqlı evin damı gecə saatlarında çöküb. Səsə oyanan ev sakinləri evin qəzalı vəziyyətə düşdüyünü görüblər.
Digər bənzər hal da elə həmin gün eyni qəsəbədə Şahin Məcidova məxsus 2 otaqlı evdə baş verib. Buradakı mənzərə daha acınacaqlıdır və ev yaşayış üçün tam yararsız vəziyyətə düşüb.
Bundan başqa kənddə Ağalar Vəliyev, Vidadi Vəliyev və digər bir neçə şəxsin evinin dam örtüyünə də qismən ziyan dəyib, divarlarda çatlar yaranıb.
Sakinlər Qarşıdakı günlərdə yenə qar və ya yağış yağarsa, evlərinin tamam yararsız hala düşəcəyindən ehtiyatlanırlar.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar