Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sərxoş halda piyadanı öldürən polis əməkdaşı həbs edildi

Tarix: 03-05-2021 15:57     Baxış: 3159 A- / A+
Sərxoş halda piyadanı öldürən polis əməkdaşı həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qara Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Manevr.az istinadən xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2019-cu ilin dekabr ayında Şəmkir-Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.

Belə ki, rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2107" markalı 57-BK-322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.report

Manevr.az

Xatırladaq ki, Q.Həsənov hadisəni törədən zaman Şəmkir Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində çalışıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar