Xəbər lenti
İşdən çıxarılan icra başçısı vəfat etdi - ŞƏKİL
Uzun illər polis sistemində yüksək vəzifələrdə çalışan, 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Akif Səlimov vəfat edib.
Manevr.az xəbər verir ki, daha əvvəl infarkt keçirən A.Səlimov uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.
Onun oğlu da polis rəisi vəzifəsini tutur. 2020-ci ildə isə A.Səlimovun nəvəsi vəfat etmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar