Xəbər lenti
Şəmkirdə ŞOK OLAY - "Belə xəstəlik görməmişəm, yeyə-yeyə ölürlər" -VİDEO
"Analizləri Bakıya da göndərmişik"
Şəmkirdə fərdi təsərrüfatların birində xırda davarların kütləvi şəkildə tələf olması fermerləri narahat edir. Son bir neçə gün ərzində 30-a yaxın heyvanın hansı səbəbdən ölməsi məlum deyil.
ARB TV xəbər verir ki, hadisə Şəmkir sakini Həbib Hüseynovun təsərrüfatında qeydə alınıb. Xırda davarları naməlum şəraitdə tələf olduğundan fermer baytar həkimləri də məlumatlandırıb.
Həbib Hüseyn - təsərrüfat sahibi: “Mən hələ belə xəstəlik görməmişəm. Heyvanlar yeyə- yeyə ölürlər. Hamısı da sağlam qoyundur. Analiz də aparmışıq. Bakıya da göndərmişik. Hər bir yerə müraciət edirik. Bizə lazımdır ki, bu xəstəliyi bilək”.
Şəmkir rayon Baytarlıq İdarəsinin həkimləri ölən heyvanlardan nümunələr götürərək Tovuz və Respublika Baytarlıq Laboratoriyalarına təqdim ediblər. Tovuz Baytarlıq Laboratoriyasının rəyinə əsasən heyvanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Paytaxta göndərilən nümunələrin cavabı isə hələ gəlməyib. İlkin ehtimal kimi, heyvanların ölmə səbəbinin saxlanma şəraiti ilə əlaqəli olduğu deyilir".
Məmməd Qasımov - Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Pataloji yarma zamanı hamısında eyni şəkildə ürəyin böyüməsi, ağciyərin və qaraciyərin məhvi, ödün sıradan çıxması, nazik bağırsaqlarda isə qan sızması müşahidə olunub. Bunların hamısı soyuqlamanın əlamətidir”.
Məmməd Qasımovun sözlərinə görə, heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbləri Bakıdan göndəriləcək nəticələrdən sonra məlum olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar