Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tovuzda xəstəni döyən həkimdən açıqlama – VİDEO

Tarix: 26-04-2021 12:06     Baxış: 2150 A- / A+
Tovuzda xəstəni döyən həkimdən açıqlama – VİDEO


Tovuz rayon Mərkəzi Rayon Xəstəxanasının həkimi Sona Hüseynova vətəndaşı döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.

Manevr.az-ın xəbərinə görə, xəstəxanada psixiatr vəzifəsində çalışan S.Hüseynova “Report”a açıqlamasında deyib ki, həmin şəxs epilepsiya xəstəliyindən əziyət çəkir və 6 il əvvəl qeydiyyata alınıb.

Onun sözlərinə görə, ona 3-cü qrup əlillik təyin olunub: “Son 5 ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət gösətərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub. Müayinə zamanı ciddi şəxsiyyət pozuntusu aşkar olunmadı, əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilmədi. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir. Son 5 ildə stasionar yatışla bağlı bir dənə belə olsun sənədi yoxdur.

Epileptik tutmasının olması, şəxsiyyət dəyişikliyin olub-olmaması barədə tək psixiatr kimi diaqnoz qoymağa hüququm yoxdur. Buna görə mənə stasionar yatış barədə sənəd, epiqriz lazım idi. Lakin vətəndaş stasionar yatışa razı olmadığını bildirək məni qanunsuzluqda ittiham edərək cinayət işi törətməkdə günahlandırdı. Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videgörüntəyə almağa cəhd göstərdi. Bir xanım kimi məni təhqir edərək nalayiq təkliflər etdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 min manat pul verəcəm, ya da videonu yayımlayaraq səni rüsvay edəcəyəm”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar