Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azyaşlının cinsiyyət orqanını kəsən qadına CİNAYƏT İŞİ AÇILDI

Tarix: 21-04-2021 14:06     Baxış: 4162 A- / A+
Azyaşlının cinsiyyət orqanını kəsən qadına CİNAYƏT İŞİ AÇILDI

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının qərarı ilə aparıcı Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişi 1 günlük bağlanıb və ATV cərimələnib.

Manevr.az-ın məlumatına görə, iddia olunur ki, buna səbəb Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxışı olub.

Bu hadisənin baş verməsi və qadının efirə çıxaraq törətdiyi cinayəti rahatlıqla danışa bilməsi ona niyə cəza verilməməsi, məsuliyyətə cəlb olunmaması suallarını yaradıb.

Məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, artıq cinayət işi açılıb:

“Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək”.

Bəs, hadisəni törədən şəxsə hansı cəza düşür?

Hüquqşünas Şamil Paşayev lent.az-a açıqlamasında bildirib ki, hadisə əgər bədən üzvün itirilməsi ilə müşayiət olubsa ağır xəsarət hesab edilir.

“Belə olan halda əməl qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməlidir. Çünki yuxarda dediyimiz kimi bədən üzvün itirilməsi ilə müşayiət olunursa. Təqsirkar üçün zərərçəkən uşaq olduğuna görə aşkar surətdə köməksiz vəziyyətdə olan hesab edilir. Özünü müdafiə imkanı yoxdur. Bunla bağlı məhkəmə tibbi elspertizası təyin edilib və ekspert xəsarətin dərcəsini müəyyən edəcək. Əgər ağır xəsarət təsdiqlənirsə, bundan sonra cinayət məcəlləsinin 126-cı maddəsi ilə 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar