Xəbər lenti
BDU-nun sabiq müəllimi vəfat etdi - ŞƏKİL
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin sabiq müəllimi Ağamusa Zeynalov vəfat edib.
Manevr.az report-a istinadən xəbər verir ki, A.Zeynalov ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ağamusa Bahadur oğlu Zeynalov 1940-cı il yanvarın 10-da anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə jurnalistika ixtisası üzrə qəbul olunub və 1963-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirib.
O, 1963-1965-ci illərdə Azərbaycan Pedaqoji İnstutunda "Gənc müəllim" qəzetində işləyib,1973-1977-ci illərdə BDU-nun "Bakı universiteti" qəzetində redaktor vəzifəsində çalışıb. 1965-1994-cü illərdə isə "Bakı universiteti" nəşriyyatına direktorluq edib.
A.Zeynalov 1994-cü ildən Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş müəllim vəzifəsində çalışıb. Tələbələrin sevimli müəllimi kimi tanınan A.Zeynalov bir neçə il bundan öncə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.
Fakültədə yüzlərlə jurnalistin yetişməsində rolu olan A.Zeynalov 50 elmi məqalə, 600-dən çox publisistik məqalənin müəllifidir.
Allah rəhmət eləsin!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar