Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda mənzildən 110 min manatlıq oğurluq - ŞƏKİL

Tarix: 20-04-2021 13:47     Baxış: 3147 A- / A+
Bakıda mənzildən 110 min manatlıq oğurluq - ŞƏKİL


Yasamal rayonuda evdən 70 min manat nağd pul və 40 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min ABŞ dolları məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb. Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanılıblar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər. Araşdırma zamanı müəyyən edilib ki, qohumunun mənzilindən oğurluq etmək üçün evin və seyfin açarlarını İdris Salahova Toğrul Axudzadə verib. O, evdə heç kimin olmadığı barədə İ.Salahova məlumat verdikdən sonra sonuncu evə daxil olaraq həmin hadisəni törədib. İş üzrə keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Axundzadə və İ.Salahovdan oğurladıqları pul və qızıl-zinət əşyalarının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, İ.Salahov evə iki dəfə daxil olub. Birinci dəfə o, seyfdə olan pulları oğurlayıb. Daha sonra T.Axundzadənin təkidi ilə ikinci dəfə evə daxil olan İ.Salahov bu dəfə qızılları oğurlamaqla yanaşı fotoaparat və noutbuku da ələ keçirib.

Saxlanılan şəxslər barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Manevr.az

Bakıda mənzildən 110 min manatlıq oğurluq - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar