Xəbər lenti
Sumqayıtda bədbəxt hadisə -ŞƏKİLLƏR

Sumqayıt şəhəri 22-ci məhəllədə yerləşən yataqxanada güclü partlayış olub. Mənzillərin birində qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.
Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı yanıq mərkəzinə göndərilib. Zərərçəkmiş Ülviyyə Xasiyeva deyir ki, bədbəxt hadisə baş verən an oğlu hamamda imiş.
Hadisə şahidləri deyir ki, 2 saylı Yataqxananın birinci mərtəbəsində yalnız bir hamam var. Partlayış o qədər güclü olub ki, hamama bitişik digər otağın divarı da dağılıb.
Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il bundan öncə tikilib. Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır. oxu.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar