Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimovun gizli əmlakı axtarılır - Türkiyə detektivləri hərəkətə keçdi

Tarix: 17-04-2021 19:29     Baxış: 3105 A- / A+
Mübariz Mənsimovun gizli əmlakı axtarılır - Türkiyə detektivləri hərəkətə keçdi

Rusiyada müflis olmuş “Palmali” MMC-nin kreditorları Mübariz Mənsimovun gizlətdiyi əmlakını axtarmağı Türkiyədən olan detektivlərə həvalə ediblər.

Manevr.az xəbər verir ki, bu qərar bir neçə gün əvvəl kreditorlar komitəsinin iclasında qəbul edilib. Detektivlərin adları isə əlbətdə ki, gizli saxlanılır.

“Palmali” MMC Rostovda fəaliyyət göstərən və çaylarla neft daşımaları həyata keçirən şirkətdir, Türkiyədə mənzillənən “Palmali Shpping”in törəməsidir. Bu şirkət “Sberbank”a və digər kreditorlara olan yüz milyonlarla dollarlıq borcuna görə müflis elan olunub, əmlakı hərraca çıxarılıb. Lakin şirkətin müsadirə edilən əmlakının dəyəri onun borclarının həcmindən dəfələrlə aşağıdır.

Ona görə də kreditorlar Mübariz Mənsimovun Türkiyədəki əmlakını müəyyyənləşdirmək üçün bir neçə həftə əvvəl detektivlər axtarmağa başlamışdı. Bu işlə məşğul olanlara ayda 4 min dollar maaş vəd edilirdi. Detektivlər Mənsimovun 19 şirkətinə aid əmlakı Türkiyə ərazisində axtarıb tapmalıdır.

Mənsimov FETÖ ittihamı ilə bir ilə yaxın həbsdə qaldıqdan sonra bu yaxınlarda şərti cəza ilə azadlığa çıxıb. Onun biznesi müflis durumdadır./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar