Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Uşağım xəstədir" deyib, 15 min yığdı, evini təmir etdirdi: Ev də yandı, uşaq da

Tarix: 16-04-2021 21:28     Baxış: 4108 A- / A+
"Uşağım xəstədir" deyib, 15 min yığdı, evini təmir etdirdi: Ev də yandı, uşaq da


Azərbaycanda valideynlər gözləri görməyən azyaşlı uşaqları üçün verilişdə yığılan 15 min manatı alıb evlərini təmir ediblər.

Bu barədə "Elgizlə izlə" verilişinin aparıcısı Elgiz Əkbər məlumat verib.

O 3 il öncə verilişə müraciət edən ailədən danışıb:

"O zaman mən gənc və çox təcrübəsiz idim. İnsanlara çox inanırdım. Qucaqlarında gözləri görməyən uşaq olan ailə bizə müraciət etdi. Ukraynada bir həkim uşağın əməliyyatını boynuna götürmüşdü. Uşağın analizinin cavabı Ukraynaya göndərilmişdi. Oradakı həkim uşağın gözlərinin açılmasına zəmanət vermişdi. Amma əməliyyat üçün 15 min manat pul lazım idi. Uşaq da dünya gözəli idi. Azərbaycan xalqına qurban olum. Verilişdə 15 min manat toplandı. Mən toplanan pulu anasına verdim ki, aparıb uşağı əməliyyat etdirsinlər.

Aparıcı deyib ki, 1 ay yarım sonra ailənin yalanı üzə çıxıb:

"Ay yarım keçəndən sonra uşaqdan narahat oldum. Çəkiliş qrupunu ailənin evinə göndərdim. Əməkdaşlarımız qonşuların qapısını döyüb, onlardan uşağı soruşublar. Qonşular onların yığılan 15 min manatla evlərini təmir etdiklərini, yeni mebellər aldıqlarını, uşağın isə ortalıqda qaldığını bildiriblər. Bir ay keçmədi həmin ev yanıb kül oldu, uşaq da içərsində həlak oldu. Allah götürmədi bu yalanı. Əgər kimsə edilən yaxşılığa xor baxarsa, cəzasını da çəkəcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar