Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir ziyalımız bu dünyaya "əlvida" dedi

Tarix: 15-04-2021 22:10     Baxış: 2485 A- / A+
Daha bir ziyalımız  bu dünyaya "əlvida" dedi

Amansız ölüm daha bir ziyalımızın həyatına son qoydu.
Tanınmış tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru Adilxan Bayramov vəfat edib.
Qeyd edək ki, Adilxan Hüseynəli oğlu Bayramov 19 fevral 1949-cu ildə Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. Təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində davam etdirib. Əmək fəaliyyətinə 1971-ci ildə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini kimi başlayıb. Müxtəlif illərdə məktəbdə müəllim, muzeydə elmi işçi, şöbə müdiri, Mədəniyyət Nazirliyində böyük inspektor, aparıcı inspektor, baş inspektor, rəis müavini, rəis, aparat rəhbəri kimi vəzilərdə çalışıb. 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edib və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsinin icrasına başlayıb. A.Bayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olub. Ədəbi tənqid və ədəbiyyatşünaslıqla yanaşı, həm də muzey işi, teatr sənəti, təsviri incəsənət, etnoqrafiya və Azərbaycan xalçası ilə bağlı araşdırmalar aparıb.

Adilxan Bayramov Ağcabədi regional “ASAN Xidmət” mərkəzinin baş notariusu Tural Bayramovun atasıdır.

Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov və notariuslar dostları Tural Bayramova atası Adilxan Bayramovun vəfatı ilə bağlı kədərləndirdiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar