Xəbər lenti
Azərbaycanda DƏHŞƏT: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi - ŞƏKİL
Bakıda üç aylıq körpəni küçəyə atmaq istəyiblər.
Manevr.az-ın məlumatına görə, qadın qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi üç aylıq oğlan uşağını küçəyə atmaq istəyib. Bu zaman ətrafdakı insanlardan biri ona mane olub.
Qadını taksiyə mindirərək üç aylıq körpə ilə bərabər “Təmiz Dünya” İctimai Birliyinin sığınacağına göndərib.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumatı oxu.az-a təsdiq edib və bildirib ki, qadınla nə qədər danışıqlar aparılsa da, fikrini dəyişməyib:
“Həmin qadını dünən sığınacağa gətirdilər. Körpənin əynində normal paltar da yox idi. Qadın israrla uşaqdan imtina etdiyini dedi. Biz polis əməkdaşlarının iştirakı ilə qadınla profilaktik söhbət apardıq. Qadın heç uşağın atasının adını da bilmirdi. Aparılan söhbət zamanı uşağın atası da uşağı istəmədiyini deyir. Qeyri-rəsmi nikahdan olan uşaqdır.
Birmənalı olaraq uşağı sığınacaqda qoyub çıxıb getdilər. Balaca yarıçılpaq vəziyyətdə idi və normal qidalanmamışdı. Hadisə barədə polisin iştirakı ilə aidiyyəti qurumlara məlumat verdik. Hazırda üç aylıq oğlan uşağı ilə bağlı bütün dövlət qurumları tərəfindən zəruri tədbir görüləcək. Balaca uşaq evlərindən birinə yerləşdiriləcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar