Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənilər idmançımızın döyüşündən öncə təxribat törədib - VİDEO

Tarix: 12-04-2021 21:07     Baxış: 4165 A- / A+
Ermənilər idmançımızın döyüşündən öncə təxribat törədib - VİDEO

Ermənilər Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasovun Rusiyanın paytaxtı Moskvadakı “AMC Fight Nights 100” turnirindəki görüşündən öncə təxribat törədiblər.

Manevr.az bildirir ki, bu barədə "report"a idmançının məşqçisi, "TT Fight" döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov məlumat verib.

Onun sözlərinə görə, onlar N.Abbasovun döyüşünün baş tutmaması üçün yalan məlumat yayaraq təşkilatçıları çaşdırıblar: "Turnirdə Ermənistanın bir təmsilçisi var idi, onu da gürcü idmançı döyüb məğlub etdi. Döyüş gecəsi aprelin 10-da olmalı idi. Amma təxirə salındı. 100-cü turnir olduğu üçün 15 minlik zal tam dolmuşdu. Ermənilər istəyirdilər ki, Nərimanın döyüşü olmasın. Çünki bu, turnirin əsas döyüşü idi və onun qələbə qazanacağını bilirdilər".

Ş.Abbasov "AMC Fight Nights" turnirinin prezidenti Kamil Hacıyevlə məsələni müzakirə etdiyini bildirib:

"Görüş aprelin 11-nə təxirə salınsa da, çox yaxşı keçdi. Döyüş zamanı heç bir təxribat olmadı".

Qeyd edək ki, turnirdə Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gələn Nəriman Abbasov 3-cü raundda texniki nokautla rəqibini məğlub edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar