Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

5 ahıl qadın ölüm aclığına başladı - Zeynəb Xanlarovanın bacısı oğlunun bu işdə nə rolu var?

Tarix: 12-04-2021 17:36     Baxış: 4113 A- / A+
5 ahıl qadın ölüm aclığına başladı - Zeynəb Xanlarovanın bacısı oğlunun bu işdə nə rolu var?

Türkan qəsəbə sakinləri 91 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva, 78 yaşlı Tamara Süleymanova, İradə İbrahimova və Məlahət Əlibəyova aclıq aksiyasına başlayıblar.

Manevr.az xəbər verir ki, Baş Prokurorluğun binası önünə gedən qadınlar aclıq aksiyasını orada davam etdiriblər. Onlar aksiyanın tələblərini yazılı şəkildə Baş Prokurorluğa təqdim ediblər.

Yaşlı qadınlar Türkan qəsəbəsində qanuni torpaq sahələrinin sənədlərini ələ keçirən Daşqın Nəsirovun qanunsuz olaraq həbsdən azad edilməsinə etiraz etdiklərini bəyan ediblər. Bundan başqa, onlara köməklik edən Natiq Məhəmməd oğlu Məhəmmədsoyun əsassız olaraq həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirdiklərini açıqlayıblar. Qadınlar, həmçinin, Baş prokuror Kamran Əliyevə müraciət edərək onları qəbul etməsini, Türkandakı qanunsuzluqlara son qoyulmasını istəyiblər.

Ahıl qadınların baş prokurora müraciətlərində deyilir:

"Türkan qəsəbəsində bizə məxsus olan bağ torpaq sahələri və sənədləri sürüşdürmə üsulu ilə ələ keçirilib. Torpaqlarımızın cinayət yolu ilə əlimizdən alınmasında Türkandakı torpaq mafiyasının əsas simalarından olan, cinayət işi üzrə həbs edilən Daşqın Nəsirovun rolu danılmazdır. O həbs olunsa da, bir qədər əvvəl qanunsuz olaraq azad ediblər. Bu məsələyə Baş Prokurorluq tərəfindən hər-hansı bir protest verilmədi.

Həmin torpaq mafiyasının üzvlərindən olan Xəzər rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Vaqif Həsənov (hazırda Ağdam rayon İcra Hakimiyyətinin başçısıdır) və onun qardaşı Xəzər rayon Polis İdarəsinin 1-ci PB-nin rəisi Habil Həsənov bu gün də bizə təzyiq göstərirlər. Torpaq iddialarımızdan əl çəkmək üçün bu işlərdə bizə kömək etmiş Natiq Məhəmmədsoyu narkotik və silahla şərləyərək həbs ediblər. Bizə qarşı qanunsuzluqlar davam edir. Bu dərəbəyliyə, qanunsuzluqlara, Xəzər rayon Polis İdarəsinin özbaşınalığına və Baş Prokurorluğunun Daşqın Nəsirovu qanunsuz olaraq buraxılmasına şərait yaratmasına görə biz bu gündən ölüm aclığına başlayırıq".

Bu müraciətdən sonra Baş Prokurorluğun binasına dəvət edilən ahıl qadınları Kamran Əliyevin müavini qəbul edib. Əzizəxanım Atayeva qəıbuldan sonra bildirib ki, onlardan aclığı dayandırmağı xahiş edərək, törədilmiş əməllərin araşdırılacağına söz veriblər:

“Biz Baş Prokurorluğa dəfələrlə gəlmişik. Müavinə də dedim ki, bizi Kamran Əliyev qəbul etsin, açıq-aşkar cinayəti araşdırsınlar. Belə qanunsuzluq olmaz. Prezident İlham Əliyev çıxışlarında deyir ki, heç bir cinayətkar cəzasız qala bilməz. Kamran Əliyevdən soruşmaq istəyirəm – məni diri ola-ola öldürən, torpağımı məndən xəbərsiz satan Daşqın Nəsirovu niyə azad ediblər?

Natiq Məhəmmədsoydan mən xahiş eləmişəm ki, bizə vəkil tapsın. O da bizə kömək edib. Buna görə onu da şərləyərək tutublar. Natiq Məhəmmədsoyu azad etməyincə, Daşqın Nəsirovu həbs edib bu işin axırına çıxmayınca, biz aclıq aksiyasını davam etdirəcəyik”.

Məsələnin mahiyyəti budur ki, Xəzər icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev Türkan qəsəbə sakinləri olan ahıl qadınların ailə tərkibləri haqda saxta arayışlar verib. Bundan başqa, hər iki qadının “ürək çatışmazlığı”ndan ölməsi haqda saxta haqda şəhadətnamələr hazırlanıb. Həmin ölüm şəhadətnamələrinə görə, Xumara Şabanova 2007-ci, Əzizəxanım Atayeva isə 2014-cü ildə “dünyadan köçüblər”. Bu saxtakarlıq qadınların mülkiyyətlərində olan torpaq sahələrinin ələ keçirilməsi və satılması məqsədi ilə həyata keçirilib. İşdə icra nümayəndəsi Rahil Babayevin yaxını kimi tanınan dəllal Çingiz Səfərov və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov da iştirak ediblər. Rahil Babayev, Daşqın Nəsirov, Çingiz Səfərov həbs olunsalar da, bir qədər əvvəl ikinci azad olunub./hit.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar