Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İrəvanda rusiyalı generalın qızının meyiti tapılıb

Tarix: 11-04-2021 21:51     Baxış: 4395 A- / A+
İrəvanda rusiyalı generalın qızının meyiti tapılıb


İrəvanda rusiyalı general-leytenantın qızının meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat bu gün saat 17:40-da paytaxtın Kanaker-Zeytun rayonunun polis bölməsinə daxil olub.

Ermənistanın İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin təhqiqatçılar qrupu, həmçinin şöbə rəisinin rəhbərliyi ilə polis bölməsinin operativ qrupu hadisə yerinə cəlb edilib.

Mənzilin eyvanında meyiti aşkar edilən 40 yaşlı qadının adı və soyadı açıqlanmır. Meyitin yanında tapança da tapılıb.

Jurnalist Qaqik Şamşyan bəyan edib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.

Qeyd olunur ki, tapança onun atasına məxsusdur və hədiyyədir. Qadının ölümünün intihar və ya bədbəxt hadisə nəticəsində baş verməsi ekspertizadan sonra müəyyənləşdiriləcək./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar