Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azad Rəhimovun icra başçısı olan qudası şəhid anasına qarşı kobudluq edib

Tarix: 10-04-2021 16:31     Baxış: 3107 A- / A+
Azad Rəhimovun icra başçısı olan qudası şəhid anasına qarşı kobudluq edib

“Vətən Müharibəsinin beş ayı tamam olmamış bizə şanlı qələbə qazandırmış şəhidlərimizin valideynləri, əsgər və zabitlərimiz artıq unudulmaqdadırlar. Bəzi rayon icra hakimiyyətləri, sanki, vəzifələrini şəhid ailəsində olub, şəkil çəkdirib tirajlamaqda görüblər. Sosial şəbəkələrdə yazılanlardan, elə özümə daxil olan məktublardan bunu görməmək mümkün deyil. Qələbənin ilk günlərindən Şəhid ailələrinə, müharibə iştirakçılarına verilən yağlı, bərli-bəzəkli vədlərin əksəriyyəti yerinə yetirilməmiş qalır”.

Manevr.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, biganəlik göstərən icra başçılarının sırasında Gənclər və İdman naziri Azad Rəhimovun qudası Niyazi Bayramov xüsusi yer tutur: “Yüzdən artıq şəhidi olan Gəncə şəhərində belə birisinin olması həqiqətən bu şəhərin rəhbərlik tərəfindən bəxti gətirmədiyini göstərir. Bu şəxs şəhid ailələrinə nəinki biganəlik göstərir, şəhid anasına qarşı kobudluq etməkdən belə çəkinmir. Adlarının belə məsələlərdə hallanmasını istəməyən, ancaq mənə dəqiq məlum olan həmin şəhid ailəsi hamı tərəfindən təklif edilən bütün maddi köməklərdən imtina edib ki, oğlumuz Vətən uğrunda şəhid olub. Niyazi Bayramovun qəbulundə olan həmin şəhid anası sonda hüquq mühafizə orqanlarına da müraciət edib. Hesab edirəm ki, səlahiyyət sahibləri tərəfindən bu hal xüsusi araşdırılıb müvafiq qiymət verilməlidir. Onsuz da hakimiyyət və Ordu arasında narazılıq yaratmaq istəyən düşmən qüvvələr kifayət qədərdir. Ona görə də belə başçıların vəzifələrində qalması hakimiyyət üçün sonda ciddi baş ağrısı olacaq”./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar