Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tanınmış televiziya rejissoru VƏFAT ETDİ - ŞƏKİL

Tarix: 08-04-2021 17:48     Baxış: 3104 A- / A+
Azərbaycanın tanınmış televiziya rejissoru VƏFAT ETDİ - ŞƏKİL


Azərbaycanın televiziya rejissoru, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə vəfat edib.

Manevr.az report-a istinadən xəbər verir ki, o, aprelin 8-də qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Əlisəftər oğlu Bədirzadə 1945-ci ildə Bakıda dünyaya gəlib. 190 saylı orta məktəbi bitirib. Orta məktəbdə ikən pionerlər evində aktyor Süleyman Ələsgərovun təşkil etdiyi dram dərnəyinə gedib, sonra Lütfi Məmmədbəyov onu 26-lar adına Mədəniyyət Sarayına dəvət edib. Orada bir müddət həm rejissor assistenti, həm də aktyor kimi işləyib. 1963-1970-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində, Mehdi Məmmədovun kursunda təhsil alıb. İnstitutu bitirdikdən sonra bir müddət radioda çalışıb. Müəllimi Mehdi Məmmədov onu “Canlı meyit” tamaşasına rejissor assistenti götürüb. 1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişləri onun adı ilə bağlıdır: “Səhər görüşləri”, “Dalğa”, “Gəlin birlikdə gülək”, “Gəzdim Azərbaycanı”, “Günaydın”, “Ocaq başı”. “Sarı gəlin” televiziya filminə görə “Qızıl qılınc” mükafatı ilə təltif edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. “Humay”, “Qızıl Dərviş” mükafatları laureatı, Əməkdar incəsənət xadimidir.

Azərbaycanın tanınmış televiziya rejissoru VƏFAT ETDİ - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar