Xəbər lenti
İcra başçısı tanınmış jurnalisti həbs etdirmək istəyir – Cəmil Məmmədli ittihamları rədd edir
Müstəqil jurnalist Cəmil Məmmədli təqsirləndirilən şəxs qismində cəlb edib. Bu qərarı bu gün Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi cinayət ittihamı qaydasında verdiyi iddianı icrata qəbul edən Xaçmaz rayon məhkəməsi verib.
Məhkəmə C.Məmmədlini Cinayət Məcəlləsinin 147-2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilən şəxs qismində işə cəlb edib.
Manevr.az xəbər verir ki, bu barədə Turan-a C.Məmmədli bildirib.
Jurnalist ittihamları təkzib edir, onları uydurma və peşə fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi daşıyan ittihamlar hesab edir.
“Əslində prokurorluq orqanları mənim Yutub və Feysbuk səhifəmdə yaydığım araşdırmada əksini tapan faktlara hüquqi qiymət verməlidir”, deyə jurnalist bildirib.
Cəmil Məmmədli ölkənin şimal bölgəsində baş verən hadisələri işıqlandıran müstəqil jurnalist kimi məşhurdur. O, uzun müddət “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin bölgə müxbiri olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar