Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda şok cinayət - Bankomatdan 49 min manat oğurladı

Tarix: 30-03-2021 19:02     Baxış: 4143 A- / A+
Bakıda şok cinayət - Bankomatdan 49 min manat oğurladı


Bakıda bankomatlardan 60 min manatdan çox pul oğurlanıb.

Manevr.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15 457 manat pulu oğurlamaq istəyən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Coşqun Həsənov cinayət başındaca tutularaq istintaqa təqdim olunub.

Araşdırma zamanı bu şəxsin cari ilin fevral ayında paytaxtın Nərimanov rayonu Təbriz küçəsindəki bankomatlardan birindən 48 840 manat pul oğurladığı da müəyyən edilib.

"C.Həsənovun paytaxt, eləcə də Abşeron rayonu ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Faktla saxlanılan şəxs barəsində Yasamal Rayon Polis İdarəsində İstintaq Şöbəsində araşdırmalar davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.

Manevr.az

Bakıda şok cinayət - Bankomatdan 49 min manat oğurladı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar