Xəbər lenti
Ata Abdullayevin eyş-işrət məclisindən görüntüləri yayıldı - Şəkilllər

Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin yeni görüntüləri yayılıb.
Manevr.az-ın məlumatına görə, sosial mediada yayılan fotolardan görünür ki, A.Abdullayev azadlıqda gününü heç də pis keçirməyib. O, mütəmadi olaraq paytaxt Bakının barlarında əylənib, bahalı restoranlarda qonaqlıqlar verib, eyş-işrət məclisləri qurub. Əlində sulu qəlyan, ətrafında xanımlar olan A.Abdullayev poz verərək özünü lap cənnətdəki kimi hiss edib. Necə deyərlər, yaxşı yaşamağın dadını çıxarıb.
Xatırladaq ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. O məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş. Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub. Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib./yenisabah.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar