Xəbər lenti
Peyvənd vurulan tibb bacısı öldü
Gürcüstanda ötən gün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “AstraZeneca” peyvəndi vurulandan sonra anafilaktik şok keçirən 27 yaşlı tibb bacısı bu gün vəfat edib.
Manevr.az-ın xəbərinə görə, bu barədə Tbilisidə yerləşən Birinci Universitet Klinikası məlumat yayıb.
Bildirilib ki, peyvənd vurulandan sonra halı pisləşən tibb bacısı bu gün saat 12-də müayinə olunduğu Birinci Universitet Klinikasında keçinib.
Qeyd edək ki, hadisə ötən gün Gürcüstanın Axalsıx şəhərində qeydə alınıb. Vaksin vurulduqdan sonra vəziyyəti ağırlaşan tibb bacısı təcili Tbilisiyə çatdırılıb. Faktla əlaqədar Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatını və vaksini istehsal edən şirkəti məlumatlandırıb.
Gürcüstanda vaksinasiyaya martın 15-də start verilib. İlkin mərhələdə yalnız səhiyyə işçiləri vaksinasiya edilir. Birinci mərhələdə martın 13-də ölkəyə gətirilən “AstraZeneca” vaksinindən istifadə olunur.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar