Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sayt rəhbəri azadlığa buraxıldı

Tarix: 18-03-2021 20:43     Baxış: 3340 A- / A+
Sayt rəhbəri azadlığa buraxıldı

Bakupress” İnformasiya Agentliyinin həbsdə olan rəhbəri Şəfəq Ağacan (Ağabalayeva) azadlığa buraxılıb.

Manevr.az-ın xəbərinə görə, bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, Ş.Ağacan cəzasının yarısını çəkib. Cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə etdiyi müraciət təmin olunub və o, ötən gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadığa buraxılıb.

Qeyd edək ki, Ş.Ağacan Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuana satarkən yaxalanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş.Ağacanın üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar