Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu kənddə məktəbə araba ilə gedirlər - VİDEO

Tarix: 11-03-2021 22:18     Baxış: 4188 A- / A+
At arabası ilə qonşu kənddəki məktəbə gedirlər, öz məktəblərində isə yalnız 4-cü sinifə kimi oxuya bilirlər.

Manevr.az xəbər verir ki, söhbət Goranboy rayonunun Əhmədabad kənd orta məktəbindən gedir.

Kənd sakinlərini narahat edən məsələ məktəbin tamamilə yararsız vəziyyətdə olmasıdır. Təhsil müəssisəsinin binası sözün həqiqi mənasında yararsız, hətta qəzalı vəziyyətdədir. Komanı xatırladan məktəbin içərisində sadəcə qırıq-salxaq oturacaqlar, odun sobası gözə dəyir. Məktəbin kitabxanasındakı dərsliklər isə dəhlizə səpələnib.

Üstəlik, Əhmədabad kəndində uşaqlara ancaq 4-cü sinifə kimi dərs keçilir. 5-ci və daha yuxarı sinif şagirdləri isə qonşu kənddəki məktəbə getmək məcburiyyətində qalır. Bu da məktəblilərin vaxtında dərsə çatmasında ciddi çətinliklər yaradır. Bəzi hallarda qonşu kəndin məktəbinə at arabası ilə gedilir. Məktəbin yararsız və tamamilə dağılmış mənzərəsi sözsüz ki, tədrisin keyfiyyətinə də təsirsiz ötüşmür. Bunu məktəbin müəllimləri də təsdiqləyir. Valideyinlər isə qış aylarında övladlarını məktəbə göndərmir.

Məsələ ilə bağlı Goranboy rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbin təmiri üçün Təhsil Nazirliyinə məlumat verilib.

Məktəbdə təhsilin 4 illik olması isə bu kəndin əhalisinin sayı ilə bağlıdır. Ümid edək ki, aidiyyatı qurumlar Əhmədabad kəndinin məktəb problemini həll edəcək. Hər halda kənd sakinlərinin əsas istəyi övladlarının yaxşı təhsil almsıdır.

Qeyd edək ki, Əhmədabad kəndindəki yararsız bina 2000-ci ildən məktəb kimi fəaliyyət göstərir. Məktəbdə 4 sinif olmaqla 45 şagird və 4 müəllim var./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar