Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Məktəbli qızlar intihar edib, yoxsa?.." - Ekspertdən psixoloqlara İTTİHAM

Tarix: 11-03-2021 13:02     Baxış: 2295 A- / A+
“Məktəbli qızlar intihar edib, yoxsa?.." - Ekspertdən psixoloqlara İTTİHAM


“Düşünürəm ki, müvafiq qurumlar "Tik-tok" və bu kimi platformalara məhdudiyyət tətbiq etməlidir. Artıq bir çox inkişaf etmiş ölkələrdə bu təcrübə var.

Yeniyetmələr diqqəti cəlb etmək üçün qeyri-adi nəsə etməyə çalışırlar, bu da bəzi hallarda xoş olmayan nəticəyə gətirib çıxarır”.

Manevr.az xəbər verir ki. bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında paylaşdığı postda qeyd edib.

Martın 9-da iki məktəbli qızın birlikdə intihar etməsi xəbəri bütün medianı, eləcə də sosial şəbəkələrin gündəmini alt-üst etdi. Hər kəs bununla bağlı fərqli fikirlər səsləndirdi. Bəziləri baş verən hadisənin intihar olduğunu, bəziləri də ehtiyatsızlıq üzündən baş verdiyini iddia etdi.

Təhsil eksperi də bu məsələyə münasibət bildirib.

“Məktəbli qızlar intihar edib, yoxsa?.." - Ekspertdən psixoloqlara İTTİHAM
Təhsil eksperti Kamran Əsədov

“Bir neçə gün əvvəl iki xanım 11-ci sinif şagirdinin binanın üstünə çıxması və oradan düşüb vəfat etməsi məni çox kədərləndirdi. Bu hadisənin səbəbi intihardır və ya valideynlərinin dediyi kimi, şəkil çəkmək üçün ora çıxmışdılar, bu istintaq zamanı müəyyən olunacaq. Hər iki versiya üzərində araşdırma apardım. İntihar versiyası: mümkündür. Bir tərəfdən pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər, digər tərəfdən qarşıdan gələn qəbul və buraxılış imtahanı, eyni zamanda ailədaxili nizam-intizam qaydaları da buna səbəb ola bilər. Bəs o yaşlı şagirdlər ilə işləməli olan məktəb psixoloqları nə edir?

2020-ci ilin martından məktəblərdə tədris onlayn-distant qaydada həyata keçirilir.

Microsoft Teams proqramı və Tele Dərs ilə ancaq fənlər üzrə proses həyata keçirilir. Pandemiya dövrünün yaratdığı psixoloji gərginliyin aradan qaldırılması üçün fəaliyyət çox aşağı səviyyədədir.

Rusiya və Türkiyə məktəblərində isə pandemiya dövründə psixoloji xidmət və dəstək daha da artırılıb.

Digər tərəfdən, Türkiyə və Rusiyanın orta məktəblərinin sosial şəbəkə hesablarında, saytlarında kifayət qədər psixoloji testlər, məqalə və materiallar yerləşdirilib.

Bizim orta məktəblərin isə sosial şəbəkə hesabları ancaq təhsil nazirliyinin xəbərlərini köçürüb paylaşmaqdan və ya nazirin, nazirliyin hansısa əməkdaşının müsahibə, statusunu repost etməkdən ibarətdir.

Hanı o məktəbin psixoloqu ki, testlər hazırlasın, məqalələr yazsın.

Məktəblərin saytı isə Nuh əyyamı dövründən qalıb və ancaq yenədə rəsmi məlumatlar yerləşdirilib.

Direktor və müəllimlər isə ancaq şəkil çəkdirib paylaşmaqdan başqa bir iş görmürlər.

11 -ci sinif şagirdləri məktəbə getmədən məzun olacaqlar, amma imtahanlardan sonra nəticələr o şəkil çəkdirən direktor və müəllimlərin olacaq.

Çox təəssüflər olsun ki, məktəblərin elektron resursları nəzarət olunmayan vəziyyət alınıb.

Hamı vaxtını keçirmək, başını saxlamaq formatında işləyir. Sonda da maaş davası edirlər.

İkinci iddia şəkil çəkdirmək məsələsidir. Həqiqətən də tik-tok və digər platformalarda məktəblilərin xoş olmayan bəzən isə təhlükəli hərəkətlərinin şahidi olduq.

Düşünürəm ki, müvafiq qurumlar tərəfindən tik-tok və bu kimi platformalara məhdudiyyət tətbiq etməlidir. Artıq bir çox inkişaf etmiş ölkələrdə bu təcrübə var.

Yeniyetmələr diqqət cəlb etmək üçün qeyri-adi nəsə etməyə çalışırlar ki, bu da bəzi hallarda xoş olmayan nəticəyə gətirib çıxarır.

Vəziyyətdən çıxış yolu var. Yaxşı nəticə əldə etmək olar. Artıq bu istiqamətdə layihə üzərində işləyirik”.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar