Xəbər lenti
Cəlilabadda şok qız qaçırma olayı - özü evli, qız nişanlıdı
Cəlilabad rayonunun Boyxanlı kəndində xoşagəlməz hadisə baş verib.
Manevr.az azvision.az-a istinadən xəbər verir ki, 17 yaşlı nişanlı qız həmkəndlisi tərəfindən qaçırılıb. Hadisə avqustun 18-i saat 23:00 radələrində baş verib.
Qaçırılan qızın atası Eldar Dadaşov açıqlamasında faktı təsdiqləyib. O, qızının zorla qaçırıldığını deyib: “Hadisə qızın bacısı ilə ayaqyoluna getdiyi zaman baş verib. Əminik ki, qızım zorla qaçırılıb. Çünki, qızımın ayaqqabısı hadisə yerində qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa insan oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu olacaqdı. Hazırda qızımın nişanlısı Rusiyadadır”.
E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara, tüfeyli kimi tanınır: “Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə tüfüyli, avara kimi tanınır. Bir müddət əvvəl öz qohumu ilə evil olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da boşayıb. Həmin şəxs bu axşam qızımı qaçırıb”.
Qızı qaçırılan ata polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: “Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq, Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 “qaynar xətti”nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümüz polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. O, isə hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməli, qulduru saxlamalıdır”.
E.Dadaşov qaçırılan qızını geri qaytarmaq istədiyini deyib: “Biz istəyirik ki, qızım tezliklə tapılsın. İstənilən halda qızımızı geri istəyirik. Oğlanın valideynləri də onun necə tərbiyəsiz insan olduğunu bilirlər. Onlar da qızımın tapılmasını istəyirlər.
Gecə saatlarında bildirdilər ki, qızı qaçıran şəxs Bakıda, “Yeni Günəşli” qəsəbəsində yaşayan bacısının evində gizlənir. Polisin işə laqeyd yanaşması qızımızın tezliklə geri qaytarılmasına maneə olur”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar