Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı - Daha kimlər həbs oluna bilər?

Tarix: 06-03-2021 12:34     Baxış: 3125 A- / A+
İcra hakimiyyətindəki əməliyyatın təfərrüatı - Daha kimlər həbs oluna bilər?

Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatlarla bağlı yeni təfərrüatlar məlum olub.

Manevr.az hit.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı həbs edilən Tural Zeynalov qısa müddət ərzində topdağıtmaz varidata sahib olmaqla diqqətə gəlib.

Martın 3-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Xəzər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Qurumun təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən həbs edilib.

Yeni məlumatlarda deyilir ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə "Audi-6”, "Niva” "Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.

İddialara görə, əməliyyatın Xəzər rayonunda, xüsusilə dəniz sahili ərazilərdə torpaqların saxta sənədlər əsasında ələ keçirilməsində iştirak edən bütün vəzifəli şəxslərin həbsinə qədər uzanacağı bildirilir.

Tural Zeynalov rayondakı torpaq mafiyasının xırda üzvlərindən biridir. Vəzifəsinə görə o, qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması vasitəsi ilə ələ keçirilən torpaqlara, xüsusən "Türkan bulvarı” ərazisinə dair Xəzər İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb. Buna görə alınan külli miqdarda rüşvətdən ona da pay çatıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar