Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Xəyal etdiyi evi almağa pulu çatmayan kişi onu yandırdı

Tarix: 06-03-2021 05:53     Baxış: 3242 A- / A+
Xəyal etdiyi evi almağa pulu çatmayan kişi onu yandırdı

Böyük Britaniya sakini onun arzu etdiyi evə sahib çıxan ailədən qisas almaq qərarına gəlib.

Norfolk qraflığının 37 yaşlı sakini Metyu Qrin xəyal etdiyi evi tapsa da, onu almağa pulu çatmayıb.

Əvəzində evin sahibi mülkü 32,5 min funt sterlinqə (təxminən, 76 min manat) gənc ailəyə satıb.

Bununla barışmaq istəməyən M. Qrin xəyal etdiyi evə sahib çıxan ailədən intiqam almağa qərar verib və evi yandırıb.

Xoşbəxtlikdən ev sahibləri oranı vaxtında tərk ediblər və xəsarət almayıblar.

Hadisədən sonra evin sahibləri orada yaşamaqdan imtina ediblər.

M. Qrin isə həbs olunaraq məhkəmə qarşısına çıxarılıb.

O, 12 aylıq həbsə və 180 saatlıq islah işləri cəzasına məhkum edilib.

M. Qrin həmçinin doqquz min funt sterlinq (təxminən, 21 min manat) maddi təzminat ödəməli olacaq. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar