Xəbər lenti
Türkiyəni və Azərbaycanı yasa boğan qəza: general Osman Erbaş və daha 9 hərbçi şəhid oldu - ŞƏKİL
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun Bitlis bölgəsinin Tatvan rayonunda, dağlıq ərazilərdə qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin sayı 10-a çatıb. 4 hərbi personal yaralıdır. Türkiyənin Müdafiə Nazirliyi özünün Twitter hesabından bu barədə bildirib.
Manevr.az virtualaz.org-a istinadən bildirir ki, vertolyot Nemrut dağı ətəklərində düşüb. Hadisə barədə xəbər alınan kimi çoxlu sayda təcili tibbi yardım maşınları və təhlükəsizlik qüvvələrinin bölmələri bölgəyə hərəkət edib. Müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər də vertolyotla bölgəyə yola düşüb.
"Bingöldən Tatvana getmək üçün bu gün saat 13.55-də hava qalxan, Quru Qoşunları Komandanlığına aid "Cougar" tipli vertolyotla əlaqə 14.25-də kəsilib. Bölgədə pilotsuz təyyarələrin, CN-235 nəqliyyat təyyarəsinin və bir vertolyotın da iştirakı ilə axtarış əməliyyatları dərhal başladılıb. Axtarış əməliyyatları nəticəsində vertolyotun qəzaya uğradığı müəyyən edilib. Qəza nəticəsində vertolyotda olan qəhrəman silahdaşlarımızdan 10-nun şəhid olduğu, 3 qəhrəman silahdaşımızın isə yaralandığı müəyyən olunub",-Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Prezident Rəcəb Tayyib Ərdoğan vertolyot qəzası ilə bağlı müdafiə nazirindən məlumat alıb, xalqa başsağlığı mesajı ilə çıxış edib.
Hadisə yerinə ilk çatan yerli sakinlərdən biri olub. Həmin sakin yaralı hərbçilərə ilk yardım göstərib. Şahid deyib: "Vertolyotun düşdüyünü bilmədik, amma səsdən şübhələndik. Motor nasazlığı kimi səs eşitdik. Bir müddət sonra uşaqlar vertolyotun düşdüyünü dedilər. Yuxarıya tərəf getdik. Şəhidlər vardı, 4 yaralı da vardı. Birinin yaxınlığına getdim, başı vertolyotun altında qalmışdı, ağzına qar dolmuşdu. Nəfəs ala bilməsi üçün qarı təmizlədim. Özünə gəldi. "Yaxşıyam" dedi. Dərhal qarı təmizləməyə başladım, əllərim yara oldu, qarı təmizləyib yaralı hərbçini çıxardım. Sonra o biri hərbçiyə tərəf getdim, pencəyimi çıxardım üstünə sərdim..."
Türkiyə KİV-ləri xəbər verir ki, şəhid olanlardan biri 8-ci ordu korpusunun komandanı, general Osman Erbaşdır.
Korpus generalı olan Osman Erbaş Türkiyə ordusunun ən rəşadətli komandanlarından biri hesab edilirdi. Onun tezliklə ordu generalı rütbəsi alacağı gözlənilirdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar