Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu

Tarix: 28-02-2021 21:52     Baxış: 3124 A- / A+
Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu

Qarabağ döyüşlərinə görə xaricdə yaşayan azərbaycanlılarla ermənilərin münasibətləri də gərginləşmişdi. Kütləvi davalar baş vermişdi, ciddi xəsarət alanlar olmuşdu. Moskvada ermənilər hətta azərbaycanlıların restoranına hücum etmişdi.

Manevr.azBizimyol.info xəbər verir ki, 2020-ci ilin iyulunda Rusiya paytaxtında restorana zərər yetirilənlər layiqli cəzasını alıb. Moskva Nikulin məhkəməsi 7 erməni haqda hökm çıxarıb. Hökmdə Artak və Seyran Nikoyanların, Armen və Arsen Apriyanların, Argişta və Nareqa Petrosyanların, Razmiqa Saakyanın Azərbaycan mətbəxi restoranını dağıtdığına görə 2 il azadlıqdan məhrum edildiyi yazılıb. Onlar cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Ermənilər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsilə məsuliyyətə cəlb olunub.

Hadisə Brastislavski küçəsində baş vermişdi. Müşahidə kamerasının görüntüləri məhkəmədə göstərilmişdi. Burada bir dəstə kişinin restorana daxil olaraq əllərindəki dəyənəklərlə hər şeyi dağıtdığı görünür. Onlar içəridə qarşılarına çıxan bir nəfərə xəsarət yetirməyə də çalışmışdılar. Amma həmin şəxs zərbələrdən yayına bilmişdi. Erməniləri iyulun 27-də həbs etmişdilər.

Hadisə baş verəndən sonra Rusiya telekanalları “1001 gecə” restoranında çəkiliş etmişdi. REN TV nisbətən geniş reportaj vermişdi. Onda telekanal restorana 8 nəfərin hücum etdiyini bildirmişdi. REN TV ermənilərin əlində bıçaq da olduğunu məlumat vermişdi. Telekanal xəbər vermişdi ki, hücum edənlər mebellərə tamamilə sıradan çıxarıb. Restorandakı stol və stulların əksəri sındırılmışdı. Telekanal restoranın kassasından 200 min rublun (təxminən 3 min dollar) aparıldığını da açıqlamışdı.

RBK telekanalı onda hücumdan sonra böyük davanın baş verdiyini yayımlamışdı. Bildirildiyinə görə, həmin gecə “Armyanski dvor” restoranının yaxınlığında 50-yə yaxın azəırbaycanlı və erməni əlbəyaxa olub. Şahidlər telekanala güllə səsləri eşitdiklərini də demişdi. Polis həmin gecə 25 nəfəri həbs etmişdi.

2020-ci ilin iyulunda Moskvada azərbaycanlılarla ermənilər arasında bir neçə belə insident yaşanmışdı. 44 günlük müharibə dövründə də Rusiya paytaxtından belə xəbərlər gəlirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar