Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tanınmış şair vəfat etdi

Tarix: 20-02-2021 12:41     Baxış: 3276 A- / A+
Azərbaycanda tanınmış şair vəfat etdi


Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Eldar İsmayıl Böyüktürk vəfat edib.

Manevr.az bildirir ki, bu barədə şairin iş yoldaşı Arif Məmmədli məlumat verib.

Qeyd edək ki, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, Əməkdar jurnalist Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.

Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktorudur.

İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvüdür.

"Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir.

Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir.

"Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.

Şairin zəhmətinin növbəti dəyərləndirilməsi "Heyrət" ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə "Məslək Şərəf Diplomu" ilə təltif edilməsidir.

Eldar İsmayıl sevərlərini, pərəstişkarlarını daha bir xoş xəbər sevindirdi. O, Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən ədəbiyyatda böyük xidmətlərinə görə " Vəzifə və Şərəf" Ordeni ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar