Xəbər lenti
Bərbərxanada qadını itələyən polis işdən qovuldu – VİDEO
Daxili İşlər Nazirliyi Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı ilə bağlı araşdırmanı yekunlaşdırıb.
Məlumata görə, həmin videogörüntülər DİN-də hərtərəfli və operativ araşdırılıb.
Yekunda fakt təsdiqini tapıb. Həmin qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib.
Camal Qubadov polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, hadisə fevralın 12-i saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib.
Məlumata görə, Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib.
Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar