Sizin Reklam Burada
Xəbər lenti
13-08-2025
12-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq azərbaycanlı deputatın evi qarət olundu - Video

Tarix: 13-02-2021 22:29     Baxış: 3169 A- / A+
Sabiq azərbaycanlı deputatın evi qarət olundu - Video

Gürcüstan parlamentinin keçmiş millət vəkili Azər Süleymanovun Marneulinin Abdulla Şaiq küçəsində yerləşən evi qarət olunub.

Manevr.az-ın məlumatına görə, 24news.ge-yə müsahibə verən Azər Süleymanov oğurluğun sistemli şəkildə olduğunu, onların başqa-başqa günlərdə evə daxil olduqlarını, lakin bunu sadəcə bu gün hiss etdiklərini bildirib.

Onların başqa-başqa günlərdə daxil olması faktı isə evdə mövcud olan təhlükəsizlik kameralar vasitəsi ilə qeydə alınıb.

Süleymanov bildirib ki, cinayətkarların evə sonuncu dəfə qarət üçün daxil olması bu gün səhər saat 07:00 radələrində baş verib.

O qeyd edib ki, evə daxil olan şəxslər evin həyətində olan antikvar əşyaları oğurlayıb və həmçinin, həyətdə olan avtomobili də qarət ediblər, lakin onlar evin içərisinə daxil ola bilməyiblər.

Azər Süleymanov hələlik tam olaraq evdən və avtomobildən qarət olunan əşyaların dəyərinin bilinmədiyini qeyd edib.

Hazırda Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları evdə istintaq aparır, evə yerləşdirilən kamera görünütüləri polis tərəfindən götürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar