Xəbər lenti
Ərindən gizli doğduğu uşağı soyuducuya qoydu: QANDONDURUCU OLAY
Ukraynanın Rovenski vilayətində 34 yaşlı qadın evdə dünyaya gətirdiyi uşağını dəsmala bükərək dondurucu kameraya qoyub.
Xarici medianın verdiyi xəbərə görə, qadın əməlini dərhal etiraf etməyib.
Qadının yeddi aylıq hamilə olduğu iddia edilir. Erkən doğuşa başlayıb, bundan sonra göbəyini təkbaşına kəsib və körpənin cəsədini soyuducuda gizlədib.
Daha sonra, ukraynalı qadının qanaxması başlayıb və xəstəxanaya getməli olub. Klinikada qeydiyyatda olmadığı və hamiləliyini ərindən gizlətdiyi ortaya çıxıb.
İstənməyən hamiləliyi özbaşına dayandırdığını həkimlərə söyləyib, sonra polisə yeni doğulmuş qızın cəsədi ilə nə etdiyini izah edib. Qadın uşağın ölü doğulduğunu iddia edir.
Hazırda körpənin ölümünün səbəblərini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları yeni doğulmuş körpənin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işinə başlayıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar