Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Palmali” SOCAR-a 240 milyon dollar təzminat ödəməlidir - London məhkəməsi

Tarix: 04-02-2021 21:39     Baxış: 3145 A- / A+
“Palmali” SOCAR-a 240 milyon dollar təzminat ödəməlidir

Fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq SOCAR-ın xeyrinə qərar verilib.

Manevr.az-ın məlumatına görə, London məhkəməsinin SOCAR qrupu və “Palmali” qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə qərarına əsasən, “Azərbaycan (AÇG) Limited” şirkətinə 132 milyon dollardan çox təzminat ödənilməlidir. Bu, SOCAR Qrupuna aid olan şirkətlərin “Palmali” Qrupu və Mübariz Mənsimova qarşı öhdəliklərin pozulması iddiası ilə başladığı üç arbitraj işindən axırıncısı idi.

Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnib. “Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 mln. ABŞ dolları məbləğini aşan təzminatın ödənilməsi barədə qərar verilib./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar