Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Pilotun ölümündə Nəcməddin Sadıkovun “əli” var? - “Bu hadisədə sui-qəsd elementləri var”

Tarix: 29-01-2021 19:46     Baxış: 4222 A- / A+
Pilotun ölümündə  Nəcməddin Sadıkovun “əli” var? - “Bu hadisədə sui-qəsd elementləri var”

2019-cu ilin 24 iyulunda MİQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması ölkəni sillkələdi. Hadisə ilə bağlı müəyyən araşdırmalar aparıldı və bəzi detallar üzə çıxdı. Buna rəğmən R.Atakişiyevin ölümünə dair sirr pərdəsi çəkilməyib. Müəyyən iddialar səslənir ki, bu məşum olayın açıqlanan detalları həqiqəti əks etdirmir.

Təyyarənin quş sürüsü ilə toqquşaraq qəzaya uğraması ehtimalı qeyri-ciddi yanaşma kimi dəyərləndirilir. Hətta baş verənlərdə sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun da “əli”nin olduğu iddia olunur.

Manevr.az xəbər verir ki, mərhum pilotun qayınatası, sabiq dövlət müşaviri , tanınmış politoloq Qabil Hüseynli müəmmalı hadisənin real detalları barədə “sherg.az”a danışıb:

“Rəhmətlik Rəşadın hərəkətlərində hər hansı bir nöqsan tapılmayıb. O, təyyarəni təminatlara uyğun idarə edib. Döyüş təlimindən sonra geriyə qayıdarkən təyyarəyə xarici təsirlər olduğu üçün bədbəxt hadisə baş verib. Rəşad özü də havada olarkən ağır yaralanıb. Son ana qədər texnikanı katapult etməyib, onu xilas etməyə çalışıb. Bütün bunlar belə düşünməyə əsas verir ki, təyyarəyə kənardan yad cisim və qüvvə təsir edib. Hətta Rəşadı da ağır yaralayıb. Təyyarənin quşla toqqaşmasına isə inanmıram.

“Bu işdə Nəcməddin Sadıkovun “əli”nin olub-olmamasına dair yanaşmalara gəlincə, sabiq müşavir bunları söyləyib:

“N.Sadıkov haqqında fikirlərim müsbət deyil, lakin onun bu məsələyə qarışması və ya günahkar olması barədə heç bir fikrim yoxdur. Belə bir məlumata malik deyiləm. Amma bu hadisədə sui-qəsd elementləri var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar