Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü

Tarix: 29-01-2021 14:37     Baxış: 3326 A- / A+
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü

Ermənistan Müdafiə Nazirliyinin 15 hərbçisi əsir alınıb. Onlar Laçın dəhlizindən keçərək Əsgəran rayonuna çatmaq üçün mülki paltar geyiniblər və bu minvalla guya "adi vətəndaş”lar olduqlarını göstərməyə çalışıblar.

Manevr.az bildirir ki, erməni bloqer Vardan Qukasyanın verdiyi məlumata görə, tutulan ermənilər Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmətə çağırdığı şəxslər olublar. Ermənistanın Müdafiə Nazirliyi və habelə, erməni bloqerlər, Telegram-dakı erməni kanallar bu məlumatı "feyk” adlandırsalar da, Gorusda yaşayan ermənilər 15 erməni hərbçinin saxlandığını təsdiqləyiblər.
İrəvan-Gorus-Xankəndi marşrutunun Laçın rayonundan keçən hissəsi, yəni "Laçın dəhlizi” 6 kilometr uzunluğundadır.
Noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, eni 5 km olan Laçın dəhlizi Ermənistanla qarabağlı ermənilər arasında nəqliyyat-kommunikasiya vasitəsi rolunu oynamalıdır.
"Laçın dəhlizi” Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin nəzarətindədir.
Şuşanın yanından keçən İrəvan-Xankəndi marşrutu müvəqqətidir. Yaxın 3 il ərzində yeni marşrut çəkilməli və Laçın şəhəri dəhliz üçün ayrılmış 5 kilometrlik zolaqda qalmaq "məcburiyyət”indən qurtulmalıdır.
Eyni zamanda, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində Ermənistan Müdafiə Nazirliyinin istisnasız olaraq, bütün hərbçiləri son nəfərədək çıxarılmalıdır.
Bu, üçtərəfli anlaşmanın 4-cü bəndində nəzərdə tutulub. Lakin Ermənistan anlaşmanın həmin bəndinə əməl etmir. Qarabağda hələ də minlərlə erməni hərbçi var və onlar dislokasiya yerlərini dəyişməyiblər.
Ermənstanın Müdafiə Nazirliyi hələ də Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərə hərbçilər yollayır, onları rotasiya edir. 15 erməni hərbçisinin də mülki paltarda tutulması buna dəlalət edir./milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar