Xəbər lenti
Rövşən Lənkəranskinin daha iki killeri yaxalandı

Virtualaz.org-a dünən gecə İstanbulda baş verən və məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin qətlə yetirildiyi atışma ilə bağlı yeni təfərrüfarlar məlum olub.
İstanbuldakı mənbəmizin məlumatına görə, Rövşən Lənkəranskinin öz briqadasının üzvləri ilə keçirdiyi dünənki görüşdə daha iki tanınmış killer-Zaur Sumqayıtski və Vahid Bakınski də iştirak edib. Onların hər ikisi neçə illərdir Azərbaycanda axtarışdadır və hazırda Türkiyədə gizlənir.
Zaur Sumqayıtski son illər Rövşən Lənkəranskinin briqadasında olub və onun məsul tapşırıqlarını icra edib. Lənkəranskinin killerləri onun qətlindən dərhal sonra həbs olunublar.
O da məlum olub ki, Rövşən Lənkəranski qətlə yetirilərkən onunla birlikdə maşında sürücüdən başqa daha iki nəfər-Lənkəranskinin sinif yoldaşı və bir Türkiyə vətəndaşı olub. Qatillər avtomat silahlardan maşına atəşə açmağa başlayandan dərhal sonra Türkiyə vətəndaşı qaçaraq aradan çıxa bilib. Sinif yoldaşı isə (soyadı dəqiqləşdirilir) ağır yaralanıb
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar