Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Goranboyda yol polisinə müqavimət göstərilib

Tarix: 19-01-2021 10:39     Baxış: 3134 A- / A+
Goranboyda yol polisinə müqavimət göstərilib

Goranboyda polisə müqavimət göstərən şəxs saxlanılıb.

Goranboy rayon Prokurorluğundan verilən məlumata görə, yanvarın 17-də saat 23 radələrində rayonun Qızılhacılı qəsəbəsi ərazisində rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı məlumat daxil olub

Araşdırmalarla Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 25 yaşlı Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanaraq, hadisə yerinə baxış keçirilib. Müvafiq ekspertizalar təyin olunaraq, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar