Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Avtomobilindən silah tapıldı - Onu götürüb qaçdı

Tarix: 04-02-2017 12:50     Baxış: 4401 A- / A+
Avtomobilindən silah tapıldı


Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan sürücünün avtomobilindən silah aşkarlanıb.

Manevr.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Seymur Xudaverdiyev idarə etdiyi "Chevrolet-Camaro" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar Postunda saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.

Müvəqqəti duracaqda S.Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib və oradan pnevmatik tapança aşkar edilib. Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb.

Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar