Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Hacıqabulda narkotik alverçisi və onun müştəriləri saxlanıldı

Tarix: 08-01-2021 08:00     Baxış: 3125 A- / A+
Hacıqabulda narkotik alverçisi və onun müştəriləri saxlanıldı

Hacıqabulda narkotik ticarəti ilə məşğul olan kriminal aləmdə “Makan”, “Yetim” və “Malış” kimi tanınan rayon sakinləri saxlanılıb.

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Həsənov Rəşad Adil oğlu saxlanılaraq polis şöbəsinə aparılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq müəyyən edilib ki, rayonun Muğan qəsəbə sakini, 1988-ci il təvəllüdlü kriminal aləmdə “Yetim” ləqəbi ilə tanınan Ağayev Elşad Teymur oğlu tanışı, əvvəllər Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş, kriminal ləqəbi “Makan” olan Hacıqabul şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənov Vaqif Mərdalı oğlundan satın aldığı narkotik vasitə olan heroinin bir hissəsini Həsənov Rəşad Adil oğluna, digər hissəsini isə Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev İsrafil Həbib oğluna satıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Vaqif Həsənov saxlanılan zaman onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Digər bir əməliyyat zamanı Hacıqabul sakini, 1997-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş, kriminal aləmdə “Malış” ləqəbi ilə tanınan Zülfüqarov Əli Adil oğlu saxlanılıb. Onun üzəinə baxış zamanı ondan 330 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırma aparılır. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar