Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

FHN-nin yüksək vəzifəli məmuru koronavirusdan vəfat etdi

Tarix: 07-01-2021 22:32     Baxış: 3126 A- / A+
FHN-nin yüksək vəzifəli məmuru koronavirusdan vəfat etdi


Fövqəladə Hallar Nazirliyinin Binəqədi rayonu üzrə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəfat edib.

Manevr.az
bildirir ki, koronavirus infeksiyasına yoluxan daxili xidmət polkovniki Şərbətov Kamil Məmməd oğlu bu gün 59 yaşında müalicə olunduğu xəstəxanada həyatını itirib.

Qeyd edək ki, Şərbətov Kamil Məmməd oğlu 06.11.1961-ci ildə Astara şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə Astara şəhəri 3 nömrəli orta ümumtəhsil məktəbini bitirərək tam orta təhsil alıb. 1978 – 1980 -cı il tarixlərdə Azərbaycan Kənd Tikinti Trestinin Astara şəhərində yerləşən Dəstəsində betonçu kimi əmək fəaliyyətinə başlayıb. 1980-cı ildə işlədiyi əmək kollektivinin göndərişi ilə SSRİ Daxili İşlər Nazirliyinin Ukraynanın Xarkov şəhərində yerləşən Yanğın Texniki Məktəbinə qəbul olub və 1983- cü ildə müvəffəqiyyətlə bitirərək xüsusi orta-ixtisas təhsili alıb. Məktəbi bitirməklə yanaşı leytenant rütbəsi alaraq xidmətini davam etdirməsi üçün Azərbaycana göndərilib. Xidməti fəaliyyətə Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 2-ci Dəstəsinin 44-cü hissəsində növbə rəisi vəzifəsində başlayıb.

1990-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhərində yerləşən Ali Yanğın Texniki Mühəndislər Məktəbinə qəbul olub, 1995-ci ildə oranı müvəffəqiyyətlə başa vurub. 1992-ci ildə Daxili İşlər Nazirliyi Yanğından Mühafizə İdarəsinin 7-ci Dəstəsinin rəis müavini 05.11.1996-cı ildə isə dəstə rəisi vəzifəsinətəyin edilib. 1999-cu ildə Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şirvan şəhəri Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli Sərəncamı ilə Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi yeni yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilib.

2009-cu ildən isə, Kamil Şərbətov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə təyin edilib.

K.Şərbətova "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)", Azərbaycan Respublikasının yubiley medalı, "Yanğından mühafizənin nümunəvi işçisi” döş nişanı, "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medal, "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, tutduğu vəzifə üçün müəyyən edilən xüsusi rütbədən bir pillə yüksək daxili xidmət polkovniki xüsusi rütbəsi verilib./ent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar