Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat etdi

Tarix: 07-01-2021 17:57     Baxış: 4145 A- / A+
Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat etdi

Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib.

Məlumatına görə, Tver vilayətindəki Azərbaycan diasporunun rəhbəri Sərdar Abdullayev bu gün dünyasını dəyişib.

Onun bir müddət əvvəl xəstəxanada koronavirusdan müalicə aldığı bildirilib.

Qeyd edək ki, Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Azərbaycanın Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. 1973-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə bitirəndən sonra təyinatla Kalinin vilayətinin (indiki Tver vilayəti) Belıy şəhərinə göndərilib. Tikinti sahəsində xidmətlərinə görə 1994-cü ildə S. Abdullayevə “Rusiya Federasiyasının Əməkdar İnşaatçısı” fəxri adı verilib, 1998-ci ildə o, “Dostluq” ordeni ilə təltif edilib və ona “Rusiyanın Fəxri İnşaatçısı” adı verilib. 2006-cı ildə S. Abdullayev Azərbaycanın “Tərəqqi” medalı ilə təltif olunub.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar