Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rayon sakini polisə müqavimət göstərdi - Cinayət işi başlanıldı

Tarix: 02-01-2021 14:56     Baxış: 4214 A- / A+
Rayon sakini polisə müqavimət göstərdi - Cinayət işi başlanıldı

Dekabrın 31-də Ağstafa rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olmuş müraciət əsasında Ağstafa rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əlövsət Allahverdiyev hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini Sübhan Piriyevin ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb,
hadisə yerinə baxış keçirilərək, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Sübhan Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Manevr.az



Rayon sakini polisə müqavimət göstərdi - Cinayət işi başlanıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar