Xəbər lenti
Azərbaycanda yazıçı vəfat etdi
Satirik yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya müəllimi Hacıbala Əmir (Əmirov Hacıbala Hacıbaba oğlu) uzun sürən xəstəlikdən sonra 71 yaşında vəfat edib.
O, yaşadığı Cəlilabad rayonunun Alar kəndinin Muradxanlı məhəlləsindəki qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, Hacıbala Əmir 1949-cu il yanvarın 9-da Cəlilabad rayonunun Alar kəndində anadan olub. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetini və Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Yaşadığı kənddəki 3 saylı tam orta məktəbdə biologiya müəllimi işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və “Cəlil Məmmədquluzadə mükafatı” laureatı idi.
"Bir çuval gülüş" (1998), "Qoyunlu kəndinin başagəldiləri" (1998), "Tilsimlənmiş dairə" (1999), "Vay dədə vay, yenə gəldilər" (2000), "Ataxanın ağıl dərmanı" (2001), "Belə də iş olar?" (2002), "Mən gələr olmadım, qoyunu gözlə" (2004), "Pul davası" (2005), "Darıxma, yaxşı olacaq" (2007), "Ərəsey düyəsi" (2008), "Məcburi məzuniyyət" (2010), “Şopi Kişinin sərgüzəştləri” (2011), “Yaltaqlıq” (2011), “Kütaxtaranlar” (2011), “Tək səbir və sözün” (2012), “Hədəf” (2013), “Hərədən bir gülüş payı” (2015) və başqa kitabları nəşr olunub. oxu24
Allah rəhmət eləsin!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar