Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi arvadını qətlə yetirdi

Tarix: 24-12-2020 11:27     Baxış: 3156 A- / A+
Bakıda kişi arvadını qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib.

Bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, dekabrın 23-ü saat 18 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Məmmədova İlkanə Nofəl qızının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1993-cü il təvəllüdlü Kərimov Elşad Şirzad oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla İlkanə Məmmədovaya xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Elşad Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. press.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar