Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Direktorun günahından betər "üzrü": Hamını ələ saldı - Video

Tarix: 23-12-2020 14:52     Baxış: 4395 A- / A+
Direktorun günahından betər "üzrü": Hamını ələ saldı - Video

Bakının 187 saylı məktəbinin direktoru Nailə Məmmədova təmtəraqlı yubiley mərasimi keçirməsi ilə bağlı yayılan videoya görə guya üzr istəyib.

Manevr.az xəbər verir ki, internet kanallarından birinin canlı efirinə çıxan N.Məmmədova “cəbhə bölgəsinə gedib, əsgərləri ziyarət etməsinə”, “şəhidlər üçün ağlamasına” və s. hərəkətlərinə görə “əgər bunlar qəbahətdirsə, üzr istəyirəm” sözləri ilə əslində əməlinə haqq qazandırmağa cəhd göstərməklə bərabər, sözün bütün mənalarında hamını təhqir edib.

Üstəlik, yalan danışmağı da özünə rəva bilib. Deyib ki, guya ad günü keçirməyib, Qubadlının işğaldan azad olunmasını qeyd edib və bu, onun ad günü ilə üst-üstə düşdüyü üçün ona hədiyyə edilən tortu kəsib.

N.Məmmədovanın – özünün də canlı müraciətində qeyd etdiyi kimi – ad günü 27 noyabrdadır və yubiley mərasimi də 27 noyabrda keçirilib. Qubadlının azad olunduğu tarix isə 25 oktyabrdır.

Görünür, bu direktor-xanım bəhanə axtarıb və Qubadlını “tapıb”, ancaq bir ay fərqlə - öz savadına uyğun olaraq.

Videonu təqdim edirik və video-müraciətə baxanların özlərinin nəticə çıxara biləcəyinə qəti şübhə etmirik.

İnanırıq ki, N.Məmmədova təhsilimizin səviyyəsini və simasını özündə əks etdirən kadr deyil və Təhsil Nazirliyi də bunu belə qəbul edir.kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar