Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi - Ermənilər təşviş içində

Tarix: 18-12-2020 16:26     Baxış: 4249 A- / A+
Sərhəddəki yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi - Ermənilər təşviş içində

Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası sənədlərə əsasən aparılır.

Manevr.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Qriqoryan Müdafiə Nazirliyinin bəyanatını təkrarlayaraq qeyd edib ki, Ermənistan öz ərazilərini güzəştə getməyəcək.

O, sərhəd zonasındakı yüksəkliklərin Azərbaycana qaytarılması ilə Ermənistan ərazisindəki yaşayış məntəqələrinin də nəzarətə götürülə biləcəyi barədə mülahizələrə cavab olaraq bildirib: “Doğrudur, bu bizim üçün bir çox çətinliklər yaradır. Lakin biz başa düşməliyik ki, hazırda sərhədlərin delimitasiyası həyata keçirilir. Danışıqlar isə sənədlər əsasında aparılır”.

Bundan əvvəl Qafanın meri Qevork Parsyan bəyan etmişdi ki, erməni silahlı qüvvələrinin geri çəkilməsi nəticəsində 12 kənd Azərbaycanın hədəfinə düşüb. “Söhbət David-Bek, Kaxnut, Ujanis, Eqvard, Aqarah, Ditsmayri, Sünik, Qexanuş, Çakaten, Şikaox, Nerkin And və Tsav kəndlərindən gedir”, - deyə o bildirmişdi.

Erməni silahlı qüvvələrinin mövqelərindən geri çəkilməsi sərhədlərin delimitasiya və demarkasiya prosesi çərçivəsində baş verib. Bu isə etirazlara səbəb olub./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar